Müəllim olmaq istəyənlərə şad xəbər – Ceyhun Bayramov əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramov müəllimlərin iş yerinin dəyişdirilməsi və 2019-2020-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.

“Rubin.az” xəbər verir ki, əmrə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi proqram təminatı vasitəsilə cari ilin iyun ayının 1-21 tarixlərində təşkil ediləcək.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə cari ilin 24 iyun – 5 iyul tarixlərində elektron ərizələrin qəbulu həyata keçiriləcək.