Həmin şikayətlər əsasən məktəb rəhbərlərindən, müəllimlərdən daxil olur”

“Mətbuat Şurasına il ərzində 600-700 şikayət daxil olur ki, onların da 30%-ə qədəri məktəblərlə bağlı olur”.

“Rubin.az” Qafqazinfo-ya istinadən  xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov Təhsil Nazirliyinin mətbuat nümayəndələri üçün təşkil olunmuş təlim proqramında çıxışı zamanı deyib. O bildirib ki, həmin şikayətlər əsasən məktəb rəhbərlərindən, müəllimlərdən daxil olur: “Reket saytlarda yer alan yalnış informasiyalar müəllimlərin nüfuzunu aşağı salır. Ancaq jurnalistlərin haqlı olduğu məqamlar da olur ki, bu zaman biz şikayətçi tərəflə məsələnin aydınlaşdırılmasına nail oluruq. Sosial şəbəkələrdə və bəzi KİV-də yer alan təhrif olunmuş informasiyalar insanlarda yanlış təsəvvür yaradır.

Həmin xəbərləri oxuyan zaman insanlar güman edir ki, Azərbaycan məktəblərində müəllimlər savadsızdır, rüşvət tüğyan edir, təhsil prosesi düzgün aparılmır. Bizim cəmiyyət jurnalistlər vasitəsilə məktəblərdən bir şey umurlar ki, məktəb təhsillə yanaşı, həm də uşaqlara tərbiyə verməlidir. Ancaq tərbiyə ailədən gəlir. Evdəki övlad sözlə tərbiyə olunmur, müşahidə vasitəsilə öyrənir”.