Respublika olimpiadalarında qalib gələnlər bu ixtisaslarda təhsil ala bilər

Xəbər verdiyimiz kimi, yeni qaydalara əsasən, Respublika fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul şansı qazanır. Təhsil eksperti Kamran Əsədov 8 fənn olimpiada qaliblərinin daxil ola biləcəkləri ixtisasları sıralayıb.

“Rubin.az” Qafqazinfo-ya istinadən  həmin siyahını təqdim edir.

Azərbaycan dili və ədəbiyyat fənni üzrə qalib gələnlər:

1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;
2. məktəbəqədər təlim və tərbiyə;
3. ibtidai sinif müəllimliyi;
4. korreksiyaedici təlim;
5. filologiya (dil və ədəbiyyat göstərilməklə);
6. jurnalistika;
7. kitabşünaslıq;

2. tarix fənni üzrə qalib gələnlər:
1. tarix;
2. tarix müəllimliyi;
3. tarix və coğrafiya müəllimliyi;
4. antropologiya;
5. politologiya;
6. fəlsəfə;
7. kitabşünaslıq;
8. sosiologiya;
9. muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması;

3. coğrafiya fənni üzrə qalib gələnlər:
1. coğrafiya;
2. coğrafiya müəllimliyi;
3. tarix və coğrafiya müəllimliyi;
4. regionşünaslıq (regionlar üzrə);
5. ekologiya; 6. hidrometeorologiya;

4. riyaziyyat fənni üzrə qalib gələnlər:
1. riyaziyyat;
2. riyaziyyat müəllimliyi;
3. riyaziyyat və informatika müəllimliyi;
4. mexanika;
5. kompüter elmləri;
6. kompüter mühəndisliyi;
7. mexatronika və robototexnika mühəndisliyi;
8. enerji maşınqayırma mühəndisliyi;
9. maşın mühəndisliyi;
10. geofizika mühəndisliyi;
11. neft-qaz qurğuları mühəndisliyi;
12. elektroenergetika mühəndisliyi;
13. istilik energetikası mühəndisliyi;
14. avianəqliyyat istehsalatının təşkili mühəndisliyi;
15. aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi;
16. hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi;
17. hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi;
18. gəmiqayırma və gəmi təmiri mühəndisliyi;
19. yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi;
20. cihazqayırma mühəndisliyi;
21. texnoloji maşın və avadanlıqlar mühəndisliyi;
22. elektrik mühəndisliyi;
23. elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi;
24. mexanika mühəndisliyi;
25. kompüter mühəndisliyi;
26. informasiya texnologiyaları və sistemləri mühəndisliyi;
27. inşaat mühəndisliyi;
28. nəqliyyat tikintisi mühəndisliyi;
29. tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi;
30. statistika;

5. fizika fənni üzrə qalib gələnlər:
1. fizika;
2. fizika müəllimliyi;
3. mexanika;
4. geofizika mühəndisliyi;
5. elektroenergetika mühəndisliyi;
6. elektrik mühəndisliyi;
7. materialşünaslıq mühəndisliyi;

6. kimya fənni üzrə qalib gələnlər:
1. kimya;
2. kimya müəllimliyi;
3. kimya və biologiya müəllimliyi;
4. ekologiya;
5. qida məhsulları mühəndisliyi;

7. biologiya fənni üzrə qalib gələnlər:
1. biologiya;
2. biologiya müəllimliyi;
3. kimya və biologiya müəllimliyi;
4. ekologiya;
5. balıqçılıq və balıqçılıq təsərrüfatı işi;
6. su bioehtiyatları və akvabitkilər;
7. bitki mühafizəsi;
8. aqronomluq;
9. zootexniklik;
10. baytarlıq;
11. psixologiya;
12. qida məhsulları mühəndisliyi;

8. informatika fənni üzrə qalib gələnlər:
1. riyaziyyat və informatika müəllimliyi;
2. informatika müəllimliyi;
3. kompüter elmləri;
4. kompüter mühəndisliyi;
5. proseslərin avtomatlaşdırılması mühəndisliyi;
6. informasiya texnologiyaları;
7. sistem mühəndisliyi;
8. mexatronika və robototexnika mühəndisliyi.