İcra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır

Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədov erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərova məxsus torpaq sahəsini əlindən alır.

“Rubin.az”  xəbər verir ki, bu haqda Modern.az saytına Kürdoğlu Əsgərov məlumat verib.

O bildirib ki, 5 il bundan qabaq icarəyə götürdüyü torpaq sahəsinin müqaviləsinin vaxtı qurtarmaq üzrədir.

Qeyd edib ki, buna görə dəfələrlə müraciət etsə də, icra hakimiyyəti müqaviləni yeniləmir.

“Məqsədləri isə budur ki, mənə məxsus ərazini türk şirkətlərinə külli miqdarda vəsait qarşılığında satsınlar. Aidiyyatı dövlət qurumlarından xahiş edirəm ki, bu məsələyə münasibət bildirsinlər. Şəmkir rayon icra başçısına yerini bildirsinlər ki, mənim atam Dilqəm Əsgərov bu vətən uğrunda canlı-canlı çürüyərkən icra başçısı mənim torpağımı əlimdən alır.