Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının növbəti səyyari qəbulu Yevlax rayonu Nemətabad kənd sakinləri ilə olmuşdur.
“Rubin.az” xəbər verir ki,görüşdə Prezident Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, və digər dövlət idarələrinin rəhbərləri də iştirak etmişlər. Qəbulda Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov çıxış edərək möhtərəm cənab Prezident İlham Əliyevin apardığı uğurlu islahatlardan, regionların sosial iqtisadi inkişafı proqramı çərçivəsində Yevlax rayonunda həyata keçirilən layihərdən geniş söz açaraq istər şəhər mərkəzində istərsədə Yevlax rayonunun kəndlərində görülən işlər haqqında ətraflı məlumat verdi. İcra başısı qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün Nemətabad, Nəramanabad, Səmədabad kəndləri bir çox infrastrukurlarla təmin olunub, rayonumuzda da ümumilkdə durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir. Bütün bunlar möhtərəm cənab Prezidentin vətəndaşalara qayğı və diqqətinin təzahürüdür. Kənd sakinləri səmimi görüş üçün minnətdarlıqlarını ifadə edərək əhali ilə bu kimi görüşlərin keçirilməsini çox yüksək qiymətləndirdilər. Nemətabad kənd sakini Saniyə Ridvanova çıxış edərək bildirdi ki, İlham Əliyev cənablarının hər bir Azərbaycan vərtəndaşına göstərdiyi yüksək qayğı və diqqətin sayəsində biz çox razı və firavan yaşıyırıq. Kəndimiz qaz, su, işıq, yol infrastrukturu, mədəniyyət evi, baxça və məktəblə təmin olunub əhalinin kənd təsərüfatı ilə məşğul olması üçün ölkə Prezidenti hər bir şərait yaradıb. Bütün bunlara görə kənd sakinləri adından cənab Prezidentə minnətdarlığımızı bildiririk.Sonra Nemətabad kəndində əhalini narahat edən məslələrlə bağlı müraciətləri dinlənildi. Torpağın icarəyə götürülməsi, suvarma kanallarının təmizlənməsi və bu kimi müraciətlər yerindəcə həll olundu. Digər məsələlərin həllinə rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və həlli istiqamətində əlaqədar qurum və təşkilatlar qarşısında məsələ qaldırıldı.