Sinoptiklər xəbərdarlıq edirlər…

 

Sinoptiklər paytaxtda gözlənilən yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Rubin.Az” -a verilən məlumata görə, aprelin 1-i axşamdan 2-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.