“Qadın zorakılığına son” adlı layihənin seminarları keçirilib

Binəqədi rayon 283 saylı orta  məktəbin inzibati binasında Azərbaycan Respublikasının Gənclər Fondunun
maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan  Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin təşkilati dəstəyi ilə “Qadın zorakılığına son” adlı layihənin seminarları keçirilib.

“Rubin.az” xəbər verir ki,layihədə məktəblilər iştirak  etmişdir. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Yeganə Cavadova öz nitqində
Azərbaycan Respublikasının Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirib, layihənin əsas məqsəd və hədəflərindən söz açıb. Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər
Birliyinin sədri Fəsli Nəbiyev layihə rəhbərini təbrik edib və bu kimi layihələrin  gənclər üçün önəmini vurğulayıb. Digər günlər isə layihə rəhbəri gender bərabərliyi Azərbaycan qadınının müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr
verməsindən və Azərbaycan respublikasında ilk dəfə qadına seçki hüququnun verilməsindən bəhs etdi. Çıxışlardan sonra isə təlimçi Mahmud Mahmudovun təqdimatında müvafiq mövzuda seminar keçirilib. 18 fevral 2019-cu il tarıxındə açılış seminarı olan“Qadın zorakılığına son” adlı layihə 22 fevral 2019-cu il tarixində bağlanış seminarı keçirilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.