“Gələcəkdə direktor olaraq çalışmaq arzularımdan biridir” -Gənc müəllim ilə müsahibə

Bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var. Bu, müəllimlikdir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır.Elə bu səbəbdən də “Tanıdaq”rubrikasının qonağı gənc müəllim Cəfərli Elçin Yaşar oğludur..Elçin müəllim hal-hazırda Bərdə rayon Şəhid A. Tağıyev adına Məmmədli kənd tam orta məktəbin Tarix müəllimi vəzifəsində çalışır.

“Rubin.az” həmin müsahibəni təqdim edir:

Müəllim ixtisasını seçərkən heç tərəddüd etdiniz?
Xeyr qətiyyən tərəddüd etmədim çünki məüllimlik gözəl və müqəddəs peşədir həm də müəllim ailəsində böyüdüyüm üçün müəllimlik məni özünə lap kiçik yaşlarımdan cəlb edib.
Ümumiyyətlə müəllim olmaq sizinçün nə deməkdir?
Müəllim olmaq xüsusi vicdan sahibi olmaq deməkdir hər kəsə eyni gözlə baxmaq və hər kəsə can yandırmaq deməkdir.
Neçə ildi müəllim kimi çalışırsınız?
Mən artıq ikinci ildi müəllim kimi çalışıram 2017 ci ildə MİQ-də iştirak edərək hal-hazırda çalışdığım məktəbdə işləməyə başladım. İşimdən və iş yerimdən məmnunam özəlliklə Şəhid adı daşıyan bir məktəbdə çalışdığımçün qürur duyuram. MİQ-ə imtahan verən zaman ilkin fikrim Cocuq Mərcanlıda müəllim kimi çalışmaq idi ancaq həmin vaxtı vakansiyalarda yox idi
Tarix müəllimi kimi hansı yeniliklərin tərəfdarısınız?
Ümumiyyətlə müəllim hər zaman yenilikçi olmalıdı dahilərdən biri deyirki “ Qaranlıqda oturub kiminsə işıq yandırmağını gözləmkdənsə özümüz o qaranlığa bir şam yandırmalıyıq“ yəni müəllim nəyisə gözləməli deyil daima özümüz axtarışda olmalıyıq yetişməkdə olan gənc nəslə öz köməyimizi göstərməliyik müəllim cəmiyətdə işıqlı bir mayakdır.


Artıq ikinci ildi işləyirsiniz məktəbdə hansı işləri görmüsünüz?
İlk öncə dərslərimi yeni üsullarla və şagirdlərin tez qavrayacağı formada keçərək onlarda fənnimə maraq yaratmağa çalışıram. Bu gün Tariximizin hər bir şagird tərəfindən yaxşı mənimsənilməsi mühüm nüansdır. Məktəbdə çalışdığım ilk vaxtlardan bu nüansa xüsusi diqqət yetirmişəm. Məktəbin ictimai həyatında isə məktəbdə şagirdlərdən ibarət teatr kollektivi yaradılmasına nail oldum və onların göstərdiyi tarixi tamaşalar məktəb rəhbərliyinin və şagirdlərin böyük marağına səbəb olur. Bununla yanaşı məktəbdə siniflər arası bilik yarışması keçirdərək onların daha çox çalışmasına və sağlam rəqabət mühitinin formalaşmasına çalışıram. Mən eyni zamanda sinif rəhbəriyəm və sinif rəhbəri olduğum sinifin dərsə davamiyyəti və dərslərə hazırlıqlı gəlməsi bir başa mənim məsuliyyətimdir onun üçün də müxtəlif həvəsləndirici tədbirlər görürəm məsələn, sinifdə “ bilik kürsüsü“ adlı bir parta yaratmışam və həftə ərzində bütün fənlərdən əla qiymət alan və dərsə davamiyyəti əla olan şagird bir həftə “ bilik kürsüsü“-də əyləşir şagirdlər məhz bu partada əyləşməkçün bir-biriylə sağlam rəqabət aparır. Eyni zamanda şagirdlərə fəxri fərman və il sonunda bütün qiyməti əla olan şagirdə medal verərək gələcək təhsil ilinə motivasiyasını öncədən yaradıram. Hal-hazırda bir layihə üzərində işləməyə başlamışam şagirdlərin şəhidlər haqqında fikirlərini və eyni zamanda məktəbimizin adını daşıdığı Şəhid A. Tağıyevin şəklinin və onun haqqında məlumatı Respublikamızda fəaliyyət göstərən Şəhid adı daşıyan məktəblərə məktub şəklində göndərirəm onlardanda cavablar alırıq. İnşallah fikrim müəyyən vaxtdan sonra bu məlumatları disk şəklində hazırlamaqdı.


Gələcək kariyeranız barədə nə düşünürsünüz?
Fikrimcə hər kəs mütləq dərəcdə öz kariyerasında irəliyə baxmalıdı.Bunun üçündə istənilən imtahan və rəqabət şəraiti var. Gələcəkdə direktor olaraq çalışmaq arzularımdan biridir  ki,inanıramki buna nail olacam.

Elşən Ramizoğlu