Tələbələrin təqaüdündən pul tutulması ilə bağlı universitetdən – Açıqlama

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universitetinin tələbələri təqaüdlərinin 5-10 manat arası kəsilməsindən şikayətçi idilər.

“Rubin.az” xəbər verir ki,Bununla bağlı Bakı Mühəndislik Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza “Qafqazinfo” ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib.

O bildirib ki, tələbələrdən heç bir əlavə pul tutulmur. Yalnız Həmkarlar İttifaqı qanuni əsaslarla təqaüdlərin 2%-ni tutur ki, bu da tələbələrin sosial fəaliyyəti ilə bağlıdır.