“Təklif olunan məktəb arzuladığım məktəb olduğu üçün çox sevindim”-Yeni təyin olunmuş direktor

Bildiyiniz kimi direktorların işə qəbulu müsahibəsi bitib,bir çox məktəb direktorları artıq təyinatı üzrə vəzifələrini icra edirlər..Məktəbə yeni direktor təyin olunub deyəndə ,yəqin ki,hər birimiz həmin direktor haqqında maraqlanırıq.Bu suala  cavab tapmaq,sizlərə tanıtmaq üçün “Tanıdaq “rubrikamızın qonağı yeni teyin oyunmuş direktordur..

“Rubin.az” həmin müsahibəni təqdim edir:

İlk  öncə yeni vəzifənizi təbrik edirəm…Əvvəlcə özünüz haqda məlumat verin oxucular tanısın sizi..

Çox sağolun  təşəkkür edirəm.Yevlax şəhər  Nizami adına 7  nömrəli tam orta məktəbin  direktoru Ağayeva Ülviyyə

Necə oldu ki direktor olmaq istədiniz?

Məndə bir ziyalı kimi təhsil sahəsində baş verən islahatları görürəm,gənclərə dövlətimizin qayğısını hiss edirəm, məhz çevik idarəetmə qabilyyəti olan yeni mütəxəsislərin formalaşması,təhsildə yeni idarəetmə qabilyyətli şəxslərin məktəb rəhbərliyinə gəlməsini anladıqca niyə bu müasir idarəetmə dövründə özümdə olan potensialımı sərf etməyimsualı həmişə məni düşündürüb.Bu səbəbdən direktorların işə qəbulu qaydaları ilə tanış olduqdan  sonra bu işin öhdəsindən layiqincə  gələ biləcək namizədlərlə bir cərgədə olmaq qərarına gəldim.

Əvvəlcə test mərhələsindən başlayaq suallar necə idi?Əsasən hansı suallar verilirdi?Hansılardan çətinlik çəkirdiniz?

Əvvəlki illərə baxanda bu il suallar çox dəqiqlik tələb edirdi.Suallar Əmək qanunvericiliyi,Təhsil qanunvericiliyi və məntiqə aid idi.Deməzdim ki ,çətinlik çəkdim sadəcə çox hazırlaşmaq lazımdırki vaxt itkisi olmasın.

Müsahibə mərhələsi haqqında nə deyə bilərsiniz?Müsahibədən çıxdıqdan sonra nə fikirləşirdiniz?

Bu müsabiqənin ən gözəl mərhələsidir.Əla keçdi.Komisya üzvlərinin verdiyi bütün sualları cavablandırdım.Düşündürücü və maraqlı suallar üçün komisya üzvlərinə təşəkkürlər.Müsahibədən çıxdıqda keçdiyimi bilirdim.

Gənc direktor deyək,sizcə necə olacaq indən sonra sizdən yaşca böyük kiçik  bir kollektivə rəhbərlik edəcəksiniz?

Uğurlu təhsil naminə gözəl kollektivimlə əl-ələ verib  mükəmməl işlər görməyi düşünürəm.Təhsilimizi irəli aparmaq üçün səylə çalışmalıyıq.Uğur əldə etmək üçün məqsədlərimizi,hədəflərimizi düzgün müəyyən etməliyik.

Məktəbdə hansı yenilikləri etmək fikrindəsiniz?

Sizcə bu sualın cavabını  izləyib görsək daha düzgün olmazmı….?

Kimya müəllimisiz,dərs keçmək fikriniz var?Ümumiyyətlə rəhbər şəxslər dərs deməlidirmi?

Bəli kimya fənnini tədris edirəm.Əlbətdəki əgər təyinat aldığım məktəbdə dərs saatı olarsa dərs keçəcəm.Mən ixtisasımı çox sevirəm.Diaqnostik qiymətləndirmədə 55 bal toplamışam.Dekabr ayında Kimya fənni üzrə ixtisasartırma kursunun keçirdiyi imtahanda rayon üzrə ən yüksək nəticəni göstərmişəm. 60 bala qarşı 59 bal.Düşünürəmki dərs keçməlidirlər.

Məktəbi siz seçdiniz yoxsa sizə məsləhət görülən bu məktəb oldu?

Müsahibədə göstərdiyim nəticəyə əsasən komissiya tərəfindən Yevlax şəhər 7 nömrəli tam orta məktəb təklif olundu.Məndə qəbul etdim.Təklif olunan məktəb arzuladığım məktəb olduğu üçün çox sevindim.

Təhsil şöbəsinin rəyinə ehtiyac oldumu?

Müsahibə mərhələsində Təhsil şöbəsinin rəhbəridə müsahibə komisyasının üzvləri kimi namizədləri bal ilə qiymətləndirdi.

Elşən Ramizoğlu