Eldar Sabiroğlunun oğlu əfv olundu – Atası danışdı

Müdafiə Nazirliyinin sabiq mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlunun oğlu, müstəntiq Rüfət Səfərov da azadlığa çıxıb.

“Rubin.az”  Qafqazinfo-ya istinadən xəbər verir ki, prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında onun da adı var.

Qeyd edək ki, R.Səfərov rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Oğlunun həbsdən çıxması ilə bağlı “Azadlıq radiosu”na danışan E.Sabiroğlu “Rüfətin azadlığa qovuşmasını gözləmirdim, lakin bu, baş verdi. Valideyn olaraq sevinc içərisindəyəm. Prezident xeyirxah bir addım atdı. Azad olunan bütün məhbuslar üçün sevinc hissi keçirirəm” deyib.