YAP Bərdə rayon təşkilatı yaradılmasının 26-cı ildönümünü kimsəsiz və əlil uşaqlarla birgə keçirdi

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı yaradılmasının 26-cı ildönümünü kimsəsiz və əlil uşaqlarla birgə keçirdi.

“Rubin.az” xəbər verir ki,tədbirdə Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının ilk üzvlərindən bir qrupu, şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları və KİV nümayəndələri iştirak etmişlər. Tədbirdən əvvəl YAP fəallarıından bir qrupu ulu öndər, Yeni Azərbaycan Partiyasının əbədi lideri Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbirdən öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi, həmçinin torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və həyatdan getmiş YAP üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri YAP Bərdə Rayon Təşkilatının sədri Fəqət Şadlinskaya açaraq tədbir iştirakçılarını bu tarixi gün münasibətilə təbrik etdi və Yeni Azərbaycan Partiyasının
keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan danışdı. Bildirdi ki, müstəqil Azərbaycanın ötən müddət ərzində keçdiyi şərəfli yüksəliş yolu ulu öndər Heydər Əliyevin yadigarı olan Yeni Azərbaycan Partiyasının fəaliyyət salnaməsidir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin nurlu ideyalarını dönmədən uğurla həyata keçirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyası iqtidar partiyası olaraq Azərbaycanın əldə etdiyi uğurların]şəriksiz müəllifidir və gələcəyə inamın, daha böyük uğurların, mühüm zəfərlərin təminatçısıdır. Bugün YAP Bərdə rayon təşkilatında 11257 nəfər YAP üzvü vardır. Onlardan 4718 nəfərini qadınlar, 3443 nəfərini gənclər təşkil edir. Biz Yeni Azərbaycan Partiyasının üzvü olmağımızla fəxr edir, qürur duyur və Partiyamızın
siyasi liderinin ətrafında sıx birləşərək onu dəstəkləyirik. Tədbirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının ilk üzvlərindən Vəliş Alıyev, partiyanın gənc YAP üzvü Nərgiz Quliyeva, YAP rayon təşkilatının
fəallarından Bərdə ASAN Xidmət mərkəzinin əməkdaşı Togrul Yusifov rayon təşkilatının 26 illiyi ilə əlaqədar partiya üzvlərini təbrik etdilər, Partiyamızın sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək daim onu dəstəkləyəcəklərini bildirdilər. YAP Bərdə rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə
məktəblilər arasında keçirilmiş “Breyn-rinq”intellektual oyunu və mini-futbol yarışının qaliblərinə qiymətli hədiyyələr təqdim edidli. Tədbir çay stolu arxasında mahnı, musiqi ilə keçirildi. Regional Bərdə Mədəniyyət İdarəsinin Qarabağ ansamblının kollektivinin, şəhər 3 saylı tam orta məktəbin və Bərdə Günərzi Qayğı Mərkəzinin uşaqlarının kompozisiyası və rəqsləri tədbirə xüsusi rəng qatmışdır.