Ucarda yolu keçmək istəyən ana və uşağını maşın vurdu – İkisi də öldü+Fotolar

Bakı-Qazax yolunda bir avtomobil iki piyadanı həyatından edib.

“Rubin.az” Qafqazinfo-ya istinadən  xəbər verir ki,Ucarda yolu keçmək istəyən piyadaları minik avtomobili vurub. Hadisə Bakı-Qazax avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, yolu keçmək istəyən ana və uşağı avtomobil zərbəsinə tuş gəlib. Hadisə nəticəsində piyadanın biri aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər yaralı xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Hazırda ölənlərin və sürücünün şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Yol qəzasında ölənlər 29 yaşlı Ucar rayon Küçəkənd sakini Aynur İsgəndərova və 5 yaşlı qızı Ayşən İsgəndərovadır. Hadisəni törədən sürücü isə 35 yaşlı Rəşad Cavadovdur.

Rəşad Türkoğlu