Bərdəli gənc rəssam Günay Məmmədli Rəssamlar İttifaqına üzv qəbul olunub.Günay indi bu İttifaqının ən gənc rəssamıdır.
“Rubin.az” xəbər verir ki,Günayın anası Şükufə Məmmədovanın bildirdiyinə görə üzvlüyə qəbulla bağlı Rəssamlar İttifaqında müəyyən tərəddüdlər olub.Yaşın üzvlüklə bağlı tələbə uyğun olmadığı, yəni üzv olmaq üçün 30 yaşa malik olma nizamnamə şərti olduğu bildirilib. Ancaq Günayın yaradıcılığında fitri istedadı, parlaq yaradıcılığı nəzərə alınmaqla Rəssamlar İttifaqının rəhbərliyi və üzvləri tərəfindən yüksək qiymətləndirilərək edilən müraciətə müsbət cavab verilib.
Beləliklə, Günay Məmmədli ən gənc rəssam kimi Rəssamlar İttifaqına üzv qəbul edilib.
Musa Muradlı