Mingəçevir Dövlət Dram teatrında yeni tamaşa hazırlanır.
“Rubin.az” xəbər verir ki, A.P.Çexovun “Ayı” adlı əsəri əsasında hazırlanan tamaşanın rejissoru Nicat Mirzəzadədir.
Quruluşçu rejissoru Nicat Mirzəzadə, Quruluşçu rəssamı Rafael Həşimov (əməkdar rəssam), Musiqi Tərtibatçısı Elnur Rəsulov,Rejissor assistenti Məlahət Ağayeva, Rəqslərin quruluşu Eyvaz Əliyevdir.Tamaşada Ella Yaqubova (xalq artisti), Şıxı Yaqubov (əməkdar artist), Aydın Quliyev, Asim Məmmədov, Fəridə Məmmədova, Nargilə Abdullayeva iştirak edirlər.
Teatrın direktor müavini Vüsal Məmmədov Rubin.az-a verdiyi məlumata görə,hal- hazırda məşqi gedən və üzərində çalışdığımız eyni adlı səhnə əsərinə çağdaş teatr proseslərinə uyğun olaraq “eksperimental metod” ilə səhnə həlli verilir.Bu həll parodksal komik stiuasiyalarla zəngindir və müəlifin real həyat hadisələrinə poradaksal prizması ilə uzlaşdırılır.Çexov yaradıcılığına xas olan pərdə-arxası (gizli) iştirakçılar bu tamaşada aşkar olunaraq səhnəyə gətirilir. Məqsəd isə baş verəcək hadisəni tam mahiyəti ilə tamaşaçılara çatdırmaqdır. Müxtəlif yerli və dünya teatrlarında dəfələrlə bu əsərə müraciət edilmişdir. Bizim təqdimatımızda isə hadisələrə yanaşma və təqdim etmə üslubumuz tam fərqlidir və düşünürəm ki, yenidir. Tamaşanın süjet xəttini iki şəxs, kişi və qadın arasında arasında “pul borcu” konfilikti təşkil edir. Hansı ki, bu konfiliktə məruz qalan qadın borca görə günahkar deyil. Bu borc onun mərhum əri tərəfindən yaranmışdır. Borcunun ardınca gələn kişi (Smirnov) və borcu vermək istəməyən qadın (Popova) arasında kəskin və komik mübarizə başlayır. Və hadisələr davam etdikcə süjetin mahiyəti dəyişərək duyğusal məcraya keçir.