Xəzər rayonunda Qala-Türkan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hyundai” markalı avtomobillər toquşşub. İlkin məlumata görə “Vaz-2107” avtomobilin sürücüsü və sərnişini olan azyaşlı ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
***
Xəzər rayonu Qala-Türkan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində ölən və yaralanların kimliyi məlum olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisə nəticəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.
Hadisədə “Vaz-2107” avtomobilin sürücüsü ,1959-cü il təvəllüdlü Qurban Əliyev, 2009-cü il təvəllüdlü Aminə Lütfəlizadə və bacısı 2006-cı il təvəllüdlü Zalina Lütfəlizadə həyatlarını itirib.
Bacıların anası isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.