14 fevral Azərbaycanda…

14 fevral Azərbaycanda Hərbi Hava Qüvvələri Günü kimi qeyd edilir.
“Rubin.az” xəbər verir ki,Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olmuşdur ki , O , birinci dünya müharibəsində almanlara qarşı vuruşmuş və həlak olmuşdur. Onun xatirəsini əbədiləşdirmək üçün Qazağın “ Fəxri Qazaxlılar “ parkında büstü qoyulmuşdur. Eyni zamanda Qazaxda hər kəsin uzun illər “ samalyotun yanı “ deyə tanıdıqları təyyarə bərpa olunaraq kiçik abidə kompleks şəklinə salınmışdır. 1992-ci ildə isə baş leytenant , azərbaycanın Milli qəhrəmanı Vaqif Qurbanov keçmiş Sovet ordusunun Sitalçay aerodromundan “ Su-25 “ döyüş təyyarəsini qaçırmış , azərbaycana gətirmiş və bununla da Azərbaycan HHQ ilk qırıcı təyarəni arsenalına qəbul etməsinə səbəb olur.Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda maddi-texniki imkanlar baxımından yüksək və ən çox döyüş təyyarəsi olan ölkə sayılır. Müxtəlif məlumatlara görə, hazırda 8,000 nəfər personalın xidmət etdiyi Azərbaycan HHQ arsenalına 200-ə yaxın döyüş təyyarəsi, 160-a yaxın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı təyyarə və helikopter daxildir. 2006 -cı ildə Ukrayna ilə imzalanmış müqaviləyə əsasən Azərbaycan bu ölkədən 29 ədəd modernləşdirilmiş MiQ-29M döyüş təyyarəsi, həmçinin Mi-24 helikopterləri alıb.2017-ci ildən etibarən, Pakistan Azərbaycana təlim məqsədilə " Super Mushshak " təyyarələrini təhvil verməyə başlayacaq.Bundan başqa, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin aviadəstəsi var ki, burada da əsasən dağlıq
ərazilərdə əməliyyat zonalarına desant atmaq, qüvvələri təxliyyə etmək və digər məqsədlər üçün istifadə edilən YaK markalı təyyarələr, həmçinin müxtəlif helikopterlər cəmləşib. 14 fevral həm də Azərbaycan Milli Televizyasının yaranması günüdür.Belə ki , 63 il bundan əvvəl 1956- cı ildə 14 fevralda azərbaycanda televiziya fəaliyyətə
başladı. Gənc aktrisa Nəcibə Məlikova “ Göstərir Bakı ! “ ifadəsi ilə efiri açdı. Həmin gün “ Bəxtiyar “ bədii filmi tamaşaçılara nümayiş olundu.May ayından ilk diktorlar Tamara Gözəlova , Nailə Mehdibəyova , Sevda Qənizadə , Nizami Məmmədov və s efirlərə çixdılar.2005- ci ildən televiziyanın statusu “ Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səmddar Cəmiyyəti “dir.