İlham Əliyev Beyləqanda rayon sakinləri ilə görüşüb

Prezident İlham Əliyev Beyləqana səfəri zamanı rayon sakinləri ilə də görüşüb.

“Rubin.az” xəbər verir ki, ölkə başçısı əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyinin açılışından sonra parkda istirahət edən rayon sakinləri ilə görüşüb, onlarla söhbət edib.

Rayon sakinləri dövlət başçısını hərarətlə qarşılayıblar.