Skip to content
İyul 5, 2022
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • 5 ayda ölkədə elektrik enerjisi istehsalı artıb
  • İqtisadiyyat

5 ayda ölkədə elektrik enerjisi istehsalı artıb

Rubin Az İyun 20, 2022

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin may ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2004,0 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 23,9 mln. kVt·st, yaxud 1,2 % artması deməkdir.


Energetika Nazirliyindən RUBİN.AZ-a bildirilib ki,  May ayında elektrik enerjisinin idxalı 19,8 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 mln. kVt·st azalıb, ixrac isə 19,9 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 4,0 mln. kVt·st artıb.

Ümumilikdə 2022-ci ilin yanvar-may aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 316,2 mln.kVt·st, yəni 2,9 % artaraq 11 244,2 mln. kVt·st olub.

Hesabat dövründə ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 198,2 mln. kVt·st artaraq 10 313,3 mln. kVt·st, SES-lərdə 109,6 mln. kVt·st artaraq  768,7 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,4 mln. kVt·st artaraq 162,2 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 41,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 24,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 96,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

5 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 10 116,6 mln. kVts (İES-lərdə 9400,4 mln. kVt·st, SES-lərdə 716,2 mln.kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 162,8 mln. kV·ts (İES-lərdə 94,2 mln. kVt·st, SES-lərdə 46,1 mln. kVt·st, GES-də 22,5 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27,2 mln. kVt·st,  müstəqil elektrik stansiyaları üzrə 937,6 mln. kVt·st təşkil edib.

2022-ci ilin yanvar-may ayları üzrə elektrik enerjisinin ixracı 538,4 mln. kVt·st,  idxalı isə 60,5 mln. kVt·st olub.

Continue Reading

Previous: İsti hava şəraiti məhsuldarlığa təsirsiz ötüşmədi – VİDEO

Son Xəbərlər

Azərbaycanda bu idman federasiyaları ləğv olundu
  • İdman

Azərbaycanda bu idman federasiyaları ləğv olundu

Rubin Az İyun 29, 2022
Bu gün Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyinə əsasən,...
Davamı
Azərbaycan Prezidenti Aşqabadda rəsmi qəbulda iştirak edib

Azərbaycan Prezidenti Aşqabadda rəsmi qəbulda iştirak edib

İyun 29, 2022
Prezidentin bu çıxışı gündəm oldu – Video

Prezidentin bu çıxışı gündəm oldu – Video

İyun 27, 2022
Ukraynada ticarət mərkəzinə raket hücumu – Video

Ukraynada ticarət mərkəzinə raket hücumu – Video

İyun 27, 2022
Hava şəraiti Türkiyədə böyük problemlər yaradıb

Hava şəraiti Türkiyədə böyük problemlər yaradıb

İyun 27, 2022

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | .