Skip to content
İyul 5, 2022
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • ABŞ-ın Bakıdakı səfiri bəyanat verdi
  • Manşet
  • Siyasət

ABŞ-ın Bakıdakı səfiri bəyanat verdi

Rubin Az İyun 20, 2022

“Tarixdə ilk dəfə olaraq, münaqişə, zorakılıq, insan haqlarının pozulması və təqiblərdən qaçmağa məcbur qalan insanların sayı son zamanlarda 100 milyonu ötüb. Bu say dünya əhalisinin 1%-dən çoxunu təşkil edir. Təkcə bu il, Ukraynada müharibə 8 milyon insanın ölkədən didərgin düşməsinə və 6.8 milyondan artıq insanın qaçqın kimi ölkəni tərk etməsinə səbəb olub”.

Modern.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer öz bəyanatında bildirib.
“Çoxları Azərbaycanda münaqişə zəminində insanların üzləşdiyi əziyyəti və məcburi köçkünlər icmasının məruz qaldığı çətinlikləri yaxşı bilirlər.

Amerika Birləşmiş Ştatları bütün dünyada yardıma ehtiyacı olan insanlara, o cümlədən qaçqınlara, münaqişə qurbanlarına, məcburi köçkünlərə, vətəndaşlığı olmayan şəxslərə və həssas miqrantlara ən çox humanitar yardım göstərən yeganə ölkədir. Bundan əlavə, Amerika Birləşmiş Ştatları 1975-ci ildən etibarən, ölkə daxili icmalarda 3.5 milyondan çox qaçqını qəbul edən dünya lideridir.

Burada, Azərbaycanda, biz məcburi köçkün icmasına sərmayə qoyuruq və onları dəstəkləyirik. On ildən artıqdır ki, biz ingilis dili proqramları eləcə də, USAID-in inkişaf tədbirləri vasitəsilə məcburi köçkün icmasına sərmayə qoymuşuq. Köçürülmə işləri davam etdikcə, biz bu icmanı dəstəkləməyə davam edirik və bu iş daha da vacibdir”, – səfir deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar məcburi köçkünlər və qaçqınlar da daxil olmaqla bütün köçkünlərin bütün dünyada könüllü olaraq keçmiş yaşayış yerlərinə qayıtmaq hüquqlarını dəstəkləyir.

“Birləşmiş Ştatlar 1992-ci ildən bəri Azərbaycanda məcburi köçkünlərə 125 milyon dollardan çox yardım edib və bu icmaya dəstək vermək öhdəliyinə sadiq qalır. Uşaqlar üçün olan bu ünvanlı yardıma məktəblərin tikilməsi və təmiri, gənclərin inkişafı proqramları və məcburi köçkün icmalarına ingilis dili proqramları daxildir. Bundan əlavə, Birləşmiş Ştatlar Azərbaycanın insan təhlükəsizliyini gücləndirmək və məcburi köçkün icmalarına öz evlərinə qayıtmaq və həyatlarını təhlükəsiz şəkildə bərpa etmək səylərinə kömək etmək üçün Azərbaycana humanitar minatəmizləmə yardımı göstərir.

Keçən payızda Gəncədə olarkən mən Səfirliyin dəstəyi ilə Amerika guşəsində ingilis dilini öyrənən gənc məcburi köçkün tələbələrin ilhamverici qrupu ilə görüşdüm. Bu gün, Ümumdünya Qaçqınlar Günündə mən onları və onların gələcəyini düşünürəm. Ümid edirəm ki, biz hamımız qaçqınların, məcburi köçkünlərin və münaqişə və fəlakətdən zərər çəkmiş icmaların müdafiəsi və yardımı üçün müdafiəni davam etdirə bilərik”.

Continue Reading

Previous: Türkiyə strateji əhəmiyyətə malik NATO ölkəsidir – Baş katib
Next: Toylarla bağlı qadağalar ləğv olundu

Son Xəbərlər

Azərbaycanda bu idman federasiyaları ləğv olundu
  • İdman

Azərbaycanda bu idman federasiyaları ləğv olundu

Rubin Az İyun 29, 2022
Bu gün Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyinə əsasən,...
Davamı
Azərbaycan Prezidenti Aşqabadda rəsmi qəbulda iştirak edib

Azərbaycan Prezidenti Aşqabadda rəsmi qəbulda iştirak edib

İyun 29, 2022
Prezidentin bu çıxışı gündəm oldu – Video

Prezidentin bu çıxışı gündəm oldu – Video

İyun 27, 2022
Ukraynada ticarət mərkəzinə raket hücumu – Video

Ukraynada ticarət mərkəzinə raket hücumu – Video

İyun 27, 2022
Hava şəraiti Türkiyədə böyük problemlər yaradıb

Hava şəraiti Türkiyədə böyük problemlər yaradıb

İyun 27, 2022

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | .