Skip to content
İyul 5, 2022
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Dörd sərbəst güləşçimiz Avropa çempionatının finalına vəsiqə qazandı
  • İdman

Dörd sərbəst güləşçimiz Avropa çempionatının finalına vəsiqə qazandı

Rubin Az İyun 18, 2022

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

RUBİN.AZ  xəbər verir ki, təmsilçimiz Vasif Bağırov (48 kq) təsnifat mərhələsində rumıniyalı Kristian Andrey Nequraya tam üstünlüklə (11:0) qalib gələrək qitə birinciliyinə inamla start verib. Sonra türkiyəli Burak Yalçını 8:2 hesabı ilə məğlub edən güləşçimiz yarımfinalda erməni Saşa Petrosyanı bükmə fəndi ilə üstələyərək finala vəsiqə qazanıb. Finalda onun rəqibi fransalı Rasul Qalburayev olacaq.

Komandamızın digər üzvü Camal Abbasov (55 kq) əvvəlcə yunanıstanlı Pavlos Koronidis, ispaniyalı Unay Penas Merino və italiyalı Paskual Liutsi üzərində 10:0 hesablı qələbələrə imza ataraq yarımfinala vəsiqə əldə edib. Finalın bir addımlığında erməni Artavazd Harutyunyanın kürəyini yerə sıxmaqla təmiz qələbə qazanan güləşçimiz həlledici görüşdə ukraynalı İliya Şketiklə qarşılaşacaq.

İlyas İsayev (65 kq) ilk görüşdə slovakiyalı Ferents Daniel Kovaçı, 1/8 finalda isə çexiyalı Maks Bistronu 10:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Növbəti görüşdə rumıniyalı Eduard David Lenarı (11:0), yarımfinalda isə türkiyəli Fatih Acarı (10:2) məğlub edən İ.İsayev finalda gürcü Qoqa Otinaşviliyə rəqib olub.

Yusif Dursunov (110 kq) ilk mərhələdə macarıstanlı Marsel Yuritsanı 9:1, daha sonra isə slovakiyalı David Mionu 10:0 hesabı ilə xalçadan məyus yola salıb. Yarımfinalda fransalı Levan Laqvilava üzərində 10:6 hesablı qələbə əldə edən Y.Dursunov finala adlayıb. O, həlledici görüşdə türkiyəli Taha Yakup Temellə qarşılaşacaq.

Güləşçilərimizdən Şəmistan Axundov (80 kq) isə 1/8 finalda litvalı Daniel Boyçuku (10:0), 1/4 finalda bolqarıstanlı Slavi Rumenov Stamenovu (5:4) məğlub etsə də, yarımfinalda macar Piter Şombor Jinovski ilə bacarmayıb. O, bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, medal görüşləri iyunun 18-də Bakı vaxtı ilə 19:00-da başlayacaq.

“Qafqazinfo”

Continue Reading

Previous: Dünya çempionatının keçiriləcəyi şəhərlər AÇIQLANDI
Next: Güləşçilərimiz daha 5 medal qazandı

Son Xəbərlər

Azərbaycanda bu idman federasiyaları ləğv olundu
  • İdman

Azərbaycanda bu idman federasiyaları ləğv olundu

Rubin Az İyun 29, 2022
Bu gün Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyinə əsasən,...
Davamı
Azərbaycan Prezidenti Aşqabadda rəsmi qəbulda iştirak edib

Azərbaycan Prezidenti Aşqabadda rəsmi qəbulda iştirak edib

İyun 29, 2022
Prezidentin bu çıxışı gündəm oldu – Video

Prezidentin bu çıxışı gündəm oldu – Video

İyun 27, 2022
Ukraynada ticarət mərkəzinə raket hücumu – Video

Ukraynada ticarət mərkəzinə raket hücumu – Video

İyun 27, 2022
Hava şəraiti Türkiyədə böyük problemlər yaradıb

Hava şəraiti Türkiyədə böyük problemlər yaradıb

İyun 27, 2022

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | .