Bakıda qəza olub, yollarda sıxlıq yaranıb.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hadisə paytaxtın Ziya Bünyadov prospekti – metronun “Koroğlu” stansiyasının yaxınlığı, Qara Qarayev prospekti istiqamətində – körpüdə qeydə alınıb. Nəticədə yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.
Bundan başqa, Bakı-Sumqayıt şosesində – Avtovağzalın qarşısı – 20 Yanvar istiqamətində nasaz olan avtobus sıxlığa səbəb olub.