“Azərbaycan və Ermənistan arasında dəmir yolu marşrutu artıq razılaşdırılıb. Hazırda avtomobil marşrutunun razılaşdırılması mərhələsi gedir”.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında deyib.
“Üçtərəfli İşçi Qrupun iyunun 3-də olan iclası müsbət istiqamətdədir. Üçtərəfli İşçi Qrupun fəaliyyətində fasilə uzun çəkməli deyil, növbəti görüşlər olmalıdır. Biz ümid edirik ki, Azərbaycan və Ermənistan tərəfi əldə olunmuş razılığı davam etdirəcək”.