Çinin qərbindəki Sıçuan əyalətində 6.1 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi məlumat yayıb.
Episentri Yaan şəhərinin Luşan rayonunda olan zəlzələnin 17 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Dövlət rəsmiləri zəlzələ nəticəsində 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını açıqlayıblar.