Ağcabədidə orta məktəb kitabxanası yandı

Ağcabədi rayonunda tam orta məktəbdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən “Rubin.az”-a verilən məlumata görə, yanğın zamanı kitabxananın yanar konstruksiyaları, taxta arakəsmə divarı 15 m² sahədə və 1 otağın qapısı yanıb.Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.