Skip to content
İyul 5, 2022
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Milli Məclisin sədr müavini tələbələr və fəal gənclərlə görüşüb
  • Gündəm

Milli Məclisin sədr müavini tələbələr və fəal gənclərlə görüşüb

Rubin Az May 19, 2022

Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev mayın 19-da Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, İnşaat və Memarlıq Universitetinin tələbələri və eləcə də Yasamal rayonunun fəal gəncləri ilə görüşüb.

RUBİN.AZ  xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının inzibati binasında keçirilən tədbirdən əvvəl Adil Əliyev və YAP-ın Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək, önünə tər güllər düzüblər. Sonra Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb.

“Dövlət gənclər siyasəti” mövzusuna həsr edilmiş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin sədr müavini Adil Əliyev ölkəmizdə gənclərə və gənclər siyasətinə böyük önəm verildiyini, bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, Ulu Öndərin müvafiq sərəncamı ilə Şərqi Avropada və MDB ölkələrində ilk dəfə Azərbaycanda Gənclər Gününün təsis edildiyini diqqətə çatdırıb. Bildirilib ki, 25 il ərzində Azərbaycanda gənclər sahəsində kompleks dövlət siyasətinin hazırlanaraq həyata keçirilib.

Milli Məclis sədrinin müavini gənclər siyasəti sahəsində görülən sistemli işlərdən danışaraq qeyd edib ki, Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Fondunun təsis edilməsi, “Gənclər siyasəti haqqında”, “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunlarının qəbul edilməsi, bu sahədə dövlət proqramlarının həyata keçirilməsi, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi və hər il 10 nəfər gəncimizə dövlətimizin başçısı tərəfindən fərdi təqaüdlərin ayrılması bu sahəyə olan xüsusi diqqətin bariz nümunəsidir.

Adil Əliyev gənclərə keyfiyyətli təhsilin verilməsi, gənc nəslin savadlı və vətənpərvər ruhda tərbiyə edilməsi məsələsinin ölkəmizdə bu sahədə aparılan siyasətin əsas hədəflərindən olduğunu qeyd edib. O, bu məqsədlə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb.

Gənclər siyasətinin Vətən müharibəsi dövründə də öz uğurlu nəticəsini verdiyini bildirən Milli Məclis sədrinin müavini Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin əsas hərəkət qüvvəsinin gənclər olduğunu, gənclərin istər ön cəbhədə, istərsə də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərdiyini qeyd edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev gənclər siyasətinin dövlətimiz üçün prioritet təşkil edən sahələrdən biri olduğunu və bu siyasətin yüksələn xətlə davam etdiyini bildirib. B.Nəbiyev YAP-ın da dövlətin həyata keçirdiyi bütün genişmiqyaslı işlərdə olduğu kimi, bu sahəyə də yüksək diqqət ayırdığını, mütəmadi olaraq gənclərlə görüşlərin təşkil edildiyini və gəncləri maraqlandıran məsələlərin qarşılıqlı müzakirəsinin gənclər siyasətinə mühüm töhfə verdiyini qeyd edib.

Vətən müharibəsində gənclərimizin Müzəffər Ali Baş Komandanın ətrafındakı sıx birliyindən danışan təşkilat sədri, uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu deyib.

Sonra görüşdə gəncləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb, onlara təhsil və karyera həyatı barədə tövsiyələr verilib.

Çıxış edən gənclər ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Tədbirdə fəal gənclərə Milli Məclisin Gənclər və idman komitəsinin “Fəxri fərmanı” və hədiyyələri təqdim edilib.

Continue Reading

Previous: Ordumuzun mövqeləri atəşə TUTULDU – RƏSMİ
Next: Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanunda dəyişiklik TƏSDİQLƏNDİ

Son Xəbərlər

Azərbaycanda bu idman federasiyaları ləğv olundu
  • İdman

Azərbaycanda bu idman federasiyaları ləğv olundu

Rubin Az İyun 29, 2022
Bu gün Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyinə əsasən,...
Davamı
Azərbaycan Prezidenti Aşqabadda rəsmi qəbulda iştirak edib

Azərbaycan Prezidenti Aşqabadda rəsmi qəbulda iştirak edib

İyun 29, 2022
Prezidentin bu çıxışı gündəm oldu – Video

Prezidentin bu çıxışı gündəm oldu – Video

İyun 27, 2022
Ukraynada ticarət mərkəzinə raket hücumu – Video

Ukraynada ticarət mərkəzinə raket hücumu – Video

İyun 27, 2022
Hava şəraiti Türkiyədə böyük problemlər yaradıb

Hava şəraiti Türkiyədə böyük problemlər yaradıb

İyun 27, 2022

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | .