Skip to content
İyul 5, 2022
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Qənirə Paşayeva Ruslan Qəhrəmanovun “RƏNGLƏRİN NƏFƏSİ” adlı ilk fərdi sərgisinin açılış mərasimində çıxış edib
  • Mədəniyyət

Qənirə Paşayeva Ruslan Qəhrəmanovun “RƏNGLƏRİN NƏFƏSİ” adlı ilk fərdi sərgisinin açılış mərasimində çıxış edib

Rubin Az May 13, 2022

MM Mədəniyyət Komitəsinin dəstəyi ilə istedadlı gənc rəssam Ruslan Qəhrəmanovun ilk fərdi sərgisində çıxış edib Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Biləsuvar Regional Mədəniyyət İdarəsinin könüllüsü, istedadlı gənc rəssam Ruslan Qəhrəmanovun “RƏNGLƏRİN NƏFƏSİ” adlı ilk fərdi sərgisinin açılış mərasimində çıxış edib.

RUBİN.AZ  xəbər verir ki,  Q.Paşayeva Ruslanın Biləsuvarda yaşadığını, bölgədə incəsənət mühitinin daha da canlandırılması, gənclərin sənətə marağının artması və sənət zövqünün yüksəlməsi işinə töhfələr verdiyini deyib. Ruslanın müxtəlif janrlarda işlədiyini bildirən Komitə sədri, onun kömürlə qeyri-adi sənət örnəkləri yaratdığını da məmnunluqla vurğulayıb: “Ruslanın daha çox ağ-qara rənlərlə işləməsinə baxmayaraq, onun dünyası çox rəngarəngdir. Ruslan içindəki işığı ağ-qara rənglərinin gücü ilə də canlandıra bilir. Bu gün burada sərgilənən əsərlər onun könül dünyasının üfüqlərini aydın göstərir. Mən Ruslanı ilk fərdi sərgisi münasibəti ilə ürəkdən təbrik edirəm. Ruslanın ilk sərgisi satış sərgi tərzində təşkil olunub. Gənc rəssamımızı ilk fərdi sərgisində yalnız qoymayan, onun əsərlərinə tamaşa etməyə gələn və o əsərləri öz evləri, iş yerləri, habelə ölkəmizin mədəniyyət ocaqları üçün alan könül dostlarımıza, sizlərin hər birinizə təşəkkür edirəm”! Gənc rəssamın ilk sərgisində millət vəkili Bəhruz Məhərrəmov, ictimai fəal Vəsilə Abulova, tanınmış xeyriyyəçi Hacı Nuran Hüseynov, Xalq artisti Məleykə Əsədova, tanınmış müğənni Roza Zərgərli, Əməkdar artist Xəyyam Nisanov, qəhrəman şəhidimiz Mirağa Əliyevin ailəsi və b. çıxış edərək istedadlı gənc rəssam Ruslan Qəhrəmanovu təbrik edib, öz ürək sözlərini bölüşüblər. MM Mədəniyyət Komitəsinin dəstəyi ilə keçirilən sərgidə Ruslanın 50-dən çox əsəri nümayiş olunub və tam əksəriyyəti sərgi iştirakçıları tərəfindən alınıb. Q.Paşayeva sonda bir daha çıxış edərək, Ruslana dəstək duran könül dostlarına təşəkkür edib, onun uğurlarına sevindiyini, daha böyük uğurlar qazanacağına inandığını söyləyib. Sonda Ruslan Qəhrəmanov təşkilatçılara, çıxışçılara, bütün iştirakçılara dərin minnətdarlığını bildirib, ilk fərdi sərgisinin sevincinin onu yeni yaradıcılıq uğurlarına həvəsləndirdiyini bildirib.

Continue Reading

Previous: Teymur Bünyadov II Fəxri xiyabanda dəfn olunacaq
Next: Sabah muzeylərə giriş pulsuz olacaq

Son Xəbərlər

Azərbaycanda bu idman federasiyaları ləğv olundu
  • İdman

Azərbaycanda bu idman federasiyaları ləğv olundu

Rubin Az İyun 29, 2022
Bu gün Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyinə əsasən,...
Davamı
Azərbaycan Prezidenti Aşqabadda rəsmi qəbulda iştirak edib

Azərbaycan Prezidenti Aşqabadda rəsmi qəbulda iştirak edib

İyun 29, 2022
Prezidentin bu çıxışı gündəm oldu – Video

Prezidentin bu çıxışı gündəm oldu – Video

İyun 27, 2022
Ukraynada ticarət mərkəzinə raket hücumu – Video

Ukraynada ticarət mərkəzinə raket hücumu – Video

İyun 27, 2022
Hava şəraiti Türkiyədə böyük problemlər yaradıb

Hava şəraiti Türkiyədə böyük problemlər yaradıb

İyun 27, 2022

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | .