Skip to content
İyul 5, 2022
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • DİM tərəfindən növbəti imtahanlar keçirilir
  • Təhsil

DİM tərəfindən növbəti imtahanlar keçirilir

Rubin Az May 8, 2022

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün cari ilin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan və peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsini keçirir.

Bu barədə “Report”a DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan dili imtahanı 21 şəhər və rayonda, 95 binada aparılır. İmtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanda 20 min 555 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 95 ümumi imtahan rəhbəri, 248 imtahan rəhbəri, 1913 nəzarətçi-müəllim ayrılıb, 193 buraxılış rejimi əməkdaşı (mühafizə), 95 bina nümayəndəsi ayrılıb.

BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində keçirilir. İmtahan 2 saat 30 dəqiqə davam edəcək. AB, AC, BA vəzifə qrupları üzrə olan imtahanlar isə DİM-in binasında kompüter vasitəsilə keçirilir.

İmtahanda iştirak etmək üçün AB qrupu üzrə 3, AC qrupu üzrə 9, BA qrupu üzrə 79, BB qrupu üzrə 207 olmaqla, ümumilikdə 298 namizəd qeydiyyatdan keçib. İmtahanların keçirilməsi üçün 3 imtahan rəhbəri, 26 nəzarətçi müəllim ayrılıb.

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsinə (mühasibat uçotu üzrə) qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 420 (KOSS-114, MHBS-144, İSMHBS-162) nəfər müraciət edib. İmtahanın davametmə müddəti 3 saatdır. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 2 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 41 nəzarətçi müəllim, 4 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.

Continue Reading

Previous: Bu gündən birinci sinfə şagird qəbulu üzrə məktəb seçimi başlayır
Next: Təhsil nazirindən yeni TƏYİNAT

Son Xəbərlər

Azərbaycanda bu idman federasiyaları ləğv olundu
  • İdman

Azərbaycanda bu idman federasiyaları ləğv olundu

Rubin Az İyun 29, 2022
Bu gün Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyinə əsasən,...
Davamı
Azərbaycan Prezidenti Aşqabadda rəsmi qəbulda iştirak edib

Azərbaycan Prezidenti Aşqabadda rəsmi qəbulda iştirak edib

İyun 29, 2022
Prezidentin bu çıxışı gündəm oldu – Video

Prezidentin bu çıxışı gündəm oldu – Video

İyun 27, 2022
Ukraynada ticarət mərkəzinə raket hücumu – Video

Ukraynada ticarət mərkəzinə raket hücumu – Video

İyun 27, 2022
Hava şəraiti Türkiyədə böyük problemlər yaradıb

Hava şəraiti Türkiyədə böyük problemlər yaradıb

İyun 27, 2022

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | .