Doğma qızını zorlayan ata cəzasından narazıdır

Yetkinlik yaşına çatmayan doğma qızına qarşı zorla seksual hərəkətlər etməkdə təqsirləndirilən Nuşirəvan Hacıyev barəsindəki hökmdən apellyasiya şikayəti verib.

“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki,, N.Hacıyev cəzasının yüngülləşdirilməsi üçün yuxarı instansiyaya müraciət edib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədov baxacaq. İlk iclas fevralın 15-də keçiriləcək.

N.Hacıyev Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri etmə; aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham olunub. Onun işi üzrə zərərçəkmiş isə yetkinlik yaşına çatmayan doğma qızıdır. Ata N.Hacıyev qızı Z-yə qarşı mütəmadi olaraq zorakı yolla seksual hərəkətlər etməkdə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin hökmü ilə N.Hacıyev 14 il müddətinə azadlıqdan məhrum edilib.