“Yanvarın 17-də ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə RUBİN.AZ xəbər verir ki, Fəxri xiyabana gələrək Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edilib, məzarı önünə əklil və tər çiçəklər qoyulub, xatirəsini ehtiramla anıblar.
Milli Məclis sədrinin müavini Adil Əliyevin və Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İqbal Məmmədovun müşayiət etdiyi qonaqlar həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıblar, məzarları üzərinə tər çiçəklər düzüblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.” Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi.