Ağcabədidə azyaşlının ölümünə səbəb olan avtomobil qəzası baş verib.
Yerli KİV-lərin xəbərinə görə, 32 yaşlı Vəliyev Etibar Zalış oğlunun idarə etdiyi VAZ-2106 markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə sürücünün 8 yaşlı oğlu Vəliyev Ramal həyatını itirib. Faktla bağlı araşdırma başlanıb.//Virtualaz.org