Skip to content
May 20, 2022
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Mədəniyyət Nazirliyi Novruz Qartalın ölümü ilə bağlı nekroloq yayıb
  • Mədəniyyət

Mədəniyyət Nazirliyi Novruz Qartalın ölümü ilə bağlı nekroloq yayıb

Rubin Az Yanvar 9, 2022

Mədəniyyət Nazirliyi Əməkdar artist Novruz Qartalın ölümü ilə bağlı nekroloq yayıb.

RUBİN.AZ-ın məlumatına görə, nekroloqda deyilir:

“Azərbaycan mədəniyyətinə itki üz verib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Yaqub oğlu Əliyev (Novruz Qartal) vəfat edib.

Sevilən aktyor 1947-ci il martın 21-də anadan olub.1966-cı ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun “Musiqili komediya aktyoruğu” fakultəsini bitirib. Daha sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fəaliyyətə başlayıb.

“Toy kimindir” səhnə əsərində Qoşun, “Durna”da Dursun, “Hicran”da Balaəmi, “Lənət şeytana”da İsrafil, “Özümüz bilərik”də İbişov, “Milyonçunun dilənçi oğlu”nda Xidmətçi, “Sevindik qız axtarır”da Tələbə, “Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç və digər rolları ilə tamaşaçıların dərin rəğbətini qazanıb. N. Əliyev bir müddət Xalq artisti Hacıbaba Bağırovun rəhbərlik etdiyi “Tənqid-Təbliğ” Teatrında çalışıb. 1996-cı ildə yaradıcılıq fəaliyyətini Musiqili Komediya Teatrda (Akademik Musiqili Teatrın keçmiş adı) yenidən davam etdirən Novruz Əliyev maraqlı obrazlar silsiləsi yaratmağa nail olub.

Novruz Əliyev Akademik Musiqili Teatrın yeni quruluşda hazırlanan “Beş manatlıq gəlin”, “Hicran” tamaşalarında da rol alsa da, amansız xəstəlik səhnə əsərlərinin premyeralarında oynamağı ona nəsib etmədi.

Sevilən aktyorun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!”

Continue Reading

Previous: Novruz Qartal VƏFAT ETDİ
Next: Əbdürrəhman Vəzirov vəfat edib

Son Xəbərlər

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanunda dəyişiklik TƏSDİQLƏNDİ
  • Gündəm
  • Rəsmi
  • Siyasət

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanunda dəyişiklik TƏSDİQLƏNDİ

Rubin Az May 19, 2022
Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. RUBİN.AZ  xəbər verir ki,  qanunun 11.2-ci...
Davamı
Milli Məclisin sədr müavini tələbələr və fəal gənclərlə görüşüb

Milli Məclisin sədr müavini tələbələr və fəal gənclərlə görüşüb

May 19, 2022
Ordumuzun mövqeləri atəşə TUTULDU – RƏSMİ

Ordumuzun mövqeləri atəşə TUTULDU – RƏSMİ

May 19, 2022
Cinayət Məcəlləsində dəyişiklik EDİLDİ – QƏRAR

Cinayət Məcəlləsində dəyişiklik EDİLDİ – QƏRAR

May 19, 2022
Prezident FƏRMAN imzaladı

Prezident FƏRMAN imzaladı

May 19, 2022

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | .