Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin İzerlon şəhərindəki müsəlman qəbiristanlığında 20 məzar naməlum şəraitdə dağıdılıb.
RUBİN.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, Almaniyada naməlum şəxs və ya şəxslər müsəlman qəbiristanlığına hücum edib. Şəhərin girişində yerləşən qəbiristanlıqdakı 100-dən çox məzardan 20-si dağıdılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparıb.
Araşdırmalar zamanı müsəlmann məzarlarının Yeni il axşamı yerli vaxtla gecə saat 1- 2 radələrində baş verdiyi təxmin edilir.
Sakinlər dağıdılan qəbirləri düzəltməyə başlayıblar.Türkiyənin Xarici İşlər Nazirliyi hadisəni pisləyib və cinayətkarların müəyyənləşdirilərək cəzalandırılmasını istəyib.