“Əgər nə vaxtsa xarici ölkədə işləməyi düşünsəm Azərbaycan seçimlərimin arasında ilk olacaq”-Türk müəllimindən etiraf

Bir millət iki dövlət deyib Ulu Öndərimiz. Türkiyə və Azərbaycan eyni dili danışan iki dövlət. İnsanlarımıza da Türkiyə daima cəlbedici olub , maraq kəsb edib . Bəs təhsil sistemi necə ? Düşündük ki , oxucularımız üçün bir türk müəllimini dinləmək maraqlı olar. Ona görə də Türkiyə istedadlılar və üstün zəkalılar məktəbinin müəllimi Melike Hüsniye  Yılmazın fikirlərini sizinlə bölüşək.
-İlk öncə oxuculara özünüzü təqdim edin
Salam , mən Melike Hüsniye  Yılmaz. 12 ildir ki, müəllimlik edirəm. Türkiyədə istedadlılar və üstün ağıllılar məktəbində İngilis dili müəllimiyəm. Türkiyədə Elm və Sənət Mərkəzləri hər rayonda yerləşir.Burada robot texnikası sahəsində işlər görürəm. Xarici dil tədrisi üzrə müxtəlif layihələr icra etməkdə də yeni texnikalar üzərində çalışıram. 2013-ci ildə Avropa Birliyinə bağlı layihələrdən biri olan Avropa Dil Mükafatı çərçivəsində xarici dil tədrisi üzərində bir layihə iişlədim. Bu layihədə real nitq şəraiti və material ilə xarici təhsilin sinifdə necə həyata keçiriləcəyini qələmə aldım. Beləliklə, Türkiyədə 1-ci ,Avropada 4-cü oldum. Xüsusi ilə son dövrdə xarici dilin distant formada tədrisi üzərində işləyirəm.


-Azərbaycanda olmusuzmu ? Olmusuzsa Hansı təəsüratlarınız var ?
-Bəli, bir dəfə Sumqayıt şəhərində olmuşam. 1-2 Sentyabr 2018 tarixində STEM Azərbaycanda konfransında məruzəçi kimi iştirak etmişəm. Burada Azərbaycandakı həmkarlarımla STEM və təhsil tədrisdə texnologiya istifadəsi haqqında məlumatları bölüşmüşəm.
-Ölkəmizdə ən çox nələri sevdiz?
-Ölkənizi çox bəyənirəm, konfransda aldığım təəssüratlardan görürəm ki, buradakı həmkarlarım təhsildəki yenilikləri öz siniflərində öyrətmək üçün istəklidirlər. Bu çox yaxşıdır. Xüsusilə təhsil təhsil sisteminin köklü bir ənənədən və ciddilikdən gəldiyini görəndə çox təsirləndim. Buradakı həmkarlarımın peşələrini icra edərkən bu işə ürək qoyduqlarını fərq etdim. Ən əhəmiyyətlisi də niyə sualını verib asan razı olmamaları xoşuma gəldi.
-Bizim üçün müəllimlik anlayışını necə açarsız ?
-Müəllimlik! Tələbənin ehtiyacını başa düşdüyüm qədər müəllim olduğumu düşünürəm. Onun necə öyrəndiyini və gözləntilərinin nə olduğunu anlamadığım prosesə analoji bir robotdan fərqim olmazdı. Bu cəhətdən inkişaf edən yenilikləri təqib edərkən görəsən bunu tələbəm istəyirmi ? Yaxud da tələbəm buna hazırdırmı ? suallarını götür – qoy edirəm . Ən başda da problem nədir? Xarici dil öyrədəcəyəm, amma tələbəm səbəbin burada olduğunun fərqindədir mı? Bütün bu suallarını soruşduğum prosesə görə özünü inkişaf etdirən və tənqid edən bir müəllim olduğumu düşünürəm. Məhz bu üzdən müəllimin davamlı öz haqqında tələbəsi haqqında və tədris planı haqqında suallar verərək və informasiya və məlumatları aktual tutaraq, həqiqətən müəllim olacağını düşünürəm. Qısaca desəm : Suallar soruşan, ehtiyac duyulan istiqamətdə yeni yollar tapan və qarşısındakına fikir verə, onu yönləndirən , istiqamət
verəndir müəllim.
Türkiyədəki təhsildən danışaq biraz..
-Sizdə də kurikulum var?
-Təbii ki , də var. Müəyyən dönəmlərdə fasilələrlə yeniləşən bir təhsil proqramımız , yəni kurikulumuz
var.
-Sizdə necədir kurikulum?

-3 hissəyə ayrılır. Xüsusi təhsil, orta və orta-ixtisas. Hər bir məntəqə müəyyən yaş və sinifləri əhatə edir. Hər hissədə dərslər üçün kurikulum var. Yəni ortada (1-8-ci)inif İngilis Dili dərsi üçün edilməsi lazım olanlar, məsələ planlar və gözləntilər yaşa görə müəyyən edilir. Eyni sistem ortada da var. Bu qrup lisey təhsili üçündür. Burada gənclərin inkişafından tutmuş elmi olaraq təqdimatları hamısı yer alır.Əsas proqramımızda Atatürkçülük vəMilli dəyərlər yer alır ki , buna bütün dərslərdə diqqət edilir.


-İbtidai siniflərdə hansı fənlər keçirilir?
-İlk məktəb Türkiyədə ana sinifi yəni məktəbəqədər, 1-ci 2-ci 3-cü və 4-cü siniflərdən ibarətdir. Burada ana xətt sinifdə əsas bacarıqların inkişaf etdirilməsidir. 1-ci sinifdə Türkcə oxuma yazma, riyaziyyat, həyat bilgisi, rəsm, musiqi və bədən tərbiyəsi və sərbəst tədbir dərsləri var. Bu dərslərdə əqlı oyunlar kimi tapşırıqlar yerinə yetirilir. Son dövrdə robot texnikası kodlaşdırma dərsləri ibtidai məktəb 2-ci Sinifdən etibarən verilməyə başlanacaqdır. Eyni şəkildə 2-ci Sinifdə xarici dil dərsləri verilir. 3-ci Sinifdə fənn bilgisi
fənni əlavə olunur. 4-ci Sinifdə isə sosial məlumatlar, din mədəniyyəti və əxlaq bilgisi, nəqliyyat təhlükəsizliyi, insan haklari-yurttaslık və demokratiya dərsləri var.

-Kimya biologiya həftədə neçə saat keçirilir?
Bu fənlər liseydə verilir. 2 saatdır. Amma bu lisey növlərinə və sinfin səviyyəsinə görə dəyişir. Məsələn :bir Anadolu liseyində 9-ci sinifdə 2 saat kimya dərsi varkən , seçmə dərs olaraq da şagirdlərə 2 saat daha kimya tədris oluna bilər.Eyni zamanda kimya dərsi fənn liseyində 9-ci sinifdə 2 saat ikən , 11-ci və 12-cisinifdə 4 saatdır.
Məcburi çalışma saatımız 15 saatdır. Zəruri hallarda, yəni müəllimin yetərli gəlmədiyi vaxtlarda 23 saata
qədər bu arta bilər və hər verilən əlavə saat üçün artıq pul ödənir.
-Türkiyədə aldığınız əməkhaqqı sizləri qane edirmi?
-Digər peşə sahələri kimi, müəllimlərin aldığı maaş kifayət deyil. Peşə lazımi gələcəyin həmvətənlərini yetişdirən müəllimlərin yalnız Turkiyədə deyil, dünyanın hər yerində daha yaxşı maaş alması lazım olduğunu düşünürəm. Müəllimlik könül işidir. Başı maddi problemlə məşğul olan bir müəllimin dərsdə səmərəli olacağına inanmıram. Bundan başqa isinə gedərkən xoşbəxt olması lazımdır.
-İngilis dili öyrənmək həvəsi necədir Türkiyədə?
-Ingilizcəyə bizdə əhəmiyyət verirlər .Xalq yəni bizim insanımız xarici dilin əhəmiyyətinin fərqindədir.xüsusən son illərdə peşə əldə etmək adına nə qədər gərəkliği olduğunu hər kəs gördü. 12 illik müəlliməm və deyə bilərəm ki , xarici dil təhsili və nazirliyin hazırladığı kitablarda çox inkişaf var. Bunun da təsiri olaraq insanlar xarici dil təhsilinin səbəbini anladılar. Ilk okulda həftədə 2 saat, 5-ci Və 6-cı siniflərdə 3 saat , 7-ci və 8-ci siniflərdə 4 saat var. Ingilızcə Fransız və Italyancadan biri məktəblərdə öyrədilir. Imam
Xətib orta məktəb və liseylərində Ərəb dili də tədris olunur. Liseydə xarici dil fənn sayı çox olmaqla yanaşı ikinci bir xarici dil tədrisi də aparılır. Yalnız sosial elmlər məktəbində hazırlıq sinfi tətbiqi davam edir. Bu istiqamətdə çox işlər görülüb , lakin düşünürəm ki , öz effektini daha sonra verəcək.
-Direktorla münasibət necədir?
-Qədimdən qalma avtoritar quruluş günümüzdə yoxdur. Məktəb direktoru yalnız rəsmi işlərlə məşğul olur. Məktəbin nizamını təmin edir. Son illərdə məktəblər arasında yaxşı istiqamətdə dəyişikliklər var.Avropa İttifaqı çərçivəsində keçirilən layihələr ilə virtual mühitdə və səfərlərlə başqa ölkələrdəkiməktəblərlə işlər başlanılmışdır. Buna görə də müəllim, administrasiya və şagird hətta valideyin münasibətiləri müsbət istiqamətdə dəyişmişdir. Tələbələrin məktəblərdə məclisləri var. Özləri təmsil edilir. Eyni şəkildə, müəllimlər vəzifələrində yüksələrək idarəedici ola , valideynlər də nazirliyə asanlıqla çataraq dərdlərini deyə bilirlər. Buna görə də müəllim – valideyin əlaqəsində və ya müəllim – rəhbər əlaqəsində yuxarıdan aşağı anlayışı yoxdur. Hər şey birlikdə araşdırılır və birlikdə qərar verilir.
-Azərbaycanda işləmək istəyirsiz?
-Kəsinliklə istiyərdim. Əgər nə vaxtsa xarici ölkədə işləməyi düşünsəm Azərbaycan seçimlərimin arasında ilk olacaq. Buradakı müəllimlərlə işləmək xoş olardı. Eyni zamanda Türkiyədə mənimlə eyni fikirdə olan çoxsaylı müəllimləri də tanıyıram. Çünki Azərbaycan bizim üçün doğmadır , eyni dili danışırıq. Burada özümüzü çox rahat hiss edəciyik.

Aysel Alıcanova

Elşən Ramizoğlu