“Belə davam etsəydi, bütün Qarabağı itirəcəkdik” – Separatçıların rəhbərindən ETİRAF

Biz Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Hadrutu itirmişdik”

Rubin.az xəbər verir ki, bu sözləri Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan deyib. Xocəvənd, Ağdərə və Əsgəran rayonlarının bir çox hissəsinim Azərbaycan Ordusunun nəzarətinə keçdiyini etiraf edib.

“Döyüşlər Xankəndinin  2-3 km uzaqlığında gedirdi. Belə davam etsəydi, bütün Qarabağı itirəcəkdik”.

Arayik Harutyunyan həmçinin vurğulayıb ki, yaşadıqları bu məğlubiyyətə görə, son 10 ildə Ermənistanın rəhbəri olmuş hər kəs cavab verməlidir.

 

Onun sözlərinə görə, son onilliklərin bütün liderləri ordudakı problemlərə görə cavab verməlidirlər. “Hər kəs bu razılaşmaının qaçılmaz olduğunu deyir. Çünki döyüşmək üçün vəsaitimiz və gücümüz qalmayıb”.