Ermənistana məxsus daha 3 PUA məhv edilib

Oktyabrın 21-i saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus daha 3 taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

“Rubin.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

PUA-dan 2-si cəbhənin Füzuli istiqamətində, 1 isə Tərtər istiqamətində vurulub.