Paytaxtın 2 rayonuna içməli su fasilələrlə veriləcək

Bakının Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-dən rubin.aza bildirilib ki, paytaxtın Ziya Bünyadov prospektində piyada keçidinin tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su kəmərinin köçürülməsi ilə əlaqədar sentyabrın 25-də gün ərzində Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində fasilələr olacaq.