Koronavirusla bağlı bu günə olan statistika

Azərbaycanda yeni koronavirus infeksiyasına 84 yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə “Rubin.az” a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.