“Vətənin müdafiəsinə hazırıq” ​ adlı ​ videokonfrans keçirilmişdir

07 ​ avqust ​ 2020-ci il tarixdə ​ Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazırıq” ​ adlı ​ videokonfrans keçirilmişdir.​

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ “Rubin.az” xəbər verir ki,Konfransı giriş sözü ilə Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli açaraq gündəlikdə duran mövzu ilə bağlı məlumat ​ verdi. Qeyd etdi ​ ki, idarəmiz ​ ​ ​ ​ ​ “Azərbaycan gəncliyi​ 2017–2021-ci illərdə”​ Dövlət​ Proqramının 5.1 bəndinin 5.1.3 yarımbəndinin icrası ilə bağlı, əlaqədar təşkilatlarla birgə müxtəlif tədbirlərin ​ həyata keçirilməsini nəzərdə tutmuşdur. Vətənpərvərlik mövzusu hər zaman gənclər siyasətinin əsas tərkib hissəsi olmuşdur. Gənclərimizdə vətənpərvərlik tərbiyəsi hisslərini ​ aşılayan bugünkü tədbirimiz də bu baxımdan təqdirə layiqdir.​ Ötən ay ölkəmizin Tovuz ərazisi istiqamətinə edilən təxribatlarla bağlı baş vermiş hadisələr ​ ​ bu səpkili tədbirlərin sayının çoxaldılmasını zəruri edir.

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Sonra ​ Azərbaycan ​ Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri ​ Etibar xanım Hüseynova çıxış edərək ​ bugünkü ​ mövzunun vacibliyindən danışdı və gənclərimiz vətənpərvər olmalarını son dövr hadisələrlə sübuta yetirdilkərini qeyd etdi. Belə ki, ötən ay ​ Tovuzda baş verən​ hadisələrlə bağlı, ​ Qarabağ qaziləri, veteranları ilə yanaşı şəhid övladlarının da torpaqlarımızın ​ müdafiəsinə qalxması üçün​ qeydiyyatdan keçmələri, Ali Baş komandanın əmrinə hər an hazır olmaları onlarda bu ruhun nə qədər güclü olduğunun bariz nümünəsidir.

Daha sonra ​ Bərdə rayon İcra Hakimiyyətinin məsləhətçisi Səbuhi Qasımov, Səfərbərlik​ və Hərbi Xidmətə çağırış üzrə Dövlət​ Xidmətinin Bərdə rayon Şöbəsinin rəis müavini,mayor ​ Ceyhun Əsədov ,İTV-nin Qarabağ bölgə müxbiri, AMEA Fəlsəfi İnstitunun dissertantı Şöhrət Eyvazov, ​ YAP Bərdə rayon Təşkilatı Gənclər Birliyinin ​ sədri Elşən Məmmədov​ ​ mövzu ilə bağlı çıxış edərək,öz fikirlərini bildirdilər.

​ ​ ​ ​ ​ Konfransa Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov yekun vuraraq ​ gənclərə öz tövsiyyələrini verdi.

​ ​ ​ ​ ​ Konfrans zamanı gəncləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırıldı.