Prezident yeni mərkəzin təməlini qoydu – Foto

İyulun 29-da Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısına mərkəz barədə məlumat verib.

İlham Əliyev mərkəzin təməlini qoyub.