Göyçayda bıçaqlanma olub

 

Göyçay rayon İcra hakimiyyəti bildirir ki, bəzi saytlar S.Cəbrayılovu Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin qardaşı oğlu kimi rayon rəhbərinə qohumluq əlaqəsi kimi qeyd edir. Redaksiyamız RİH aparatı ilə əlaqə saxlayıb bu məsələ ilə bağlı araşdırma aparıb. Səməd Surxay oğlu Cəbrayılov Göyçay rayon İcra hakimiyyəti başçısı Mehdi İldırım oğlu Səlimzadəyə heç bir qohumluq əlaqəsi olmadığı Bildirildi Rayon İcra hakimiyyətindən bildirildi ki, O, yəni S. Cəbrayılov bir müddət əvvəl Göyçay Rayon Gənclər Mərkəzinin rəhbəri və İcra Hakimiyyətində şöbə müdiri vəzifələrində çalışıb. Vəzifə səlahiyyətlərini aşma, rayon rəhbərinin adından öz şəxsi mənafeyi naminə istifadə, yalan vədlər verərək vətəndaşları aldatma, nizam-intizam qaydalarını pozduğuna görə tutduğu vəzifədən azad olunub. Sonradan özgə əmlakın mənimsəmə, oğurluq hadisəsinə görə cinayət işi qaldırılıb, hazırda icbari olaraq şərti azadlıqdadır.
Baş vermiş hadisəyə gəldikdə faktla bağlı Polis idarəsində araşdırma aparılır.