Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışına qoşulan YAP Yevlax rayon təşkilatının sədr müavini, Yevlax şəhər Təhsil Şöbəsinin metodisti Əli Quluyev Azərbaycan Ordusunda könüllü hərbi xidmət üçün qeydiyyatdan keçib.
“Rubin.az” xəbər verir ki, o bununla bağlı sosial şəbəkədə paylaşım edib.
Əli Quliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytında qeydiyyatdan keçib.
Qeyd edək ki, son günlər ordu sıralarda xidmət etmək üçün vətənpərvər oğul və qızlarımız hərbi komissarlıqlara gedərək, qeydiyyata alınıblar.