12 iyul 2020-ci il tarixlər Ermənistan hərbi bölmələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı yaratmışdır. Lakin Azərbaycan Ordusu təcavüskar Ermənistan ölkəsinin laiqincə cavabını vermişdir. Yayılmış videolardan göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilmişdir.
Azərbaycanla sərhəddə təxribat, Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa çalışır. Ölkəsində yaranan problemlərdən və xarici siyasətdə iflasdan diqqəti yayındırmaq məqsədilə Ermənistan belə bir avantüraya getmişdir. Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir. Ancaq Ermənistan dövləti və Paçinyan dərk etməlidir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan xalqı öz torpaqları uğrunda mübarizə aparacaq. İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Azərbaycan xalqı dünyaya vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməmişdir. Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır, yalnız artıq dünya ictimaiyyəti Ermənistanın işğalçı olduğunu çox gözəl dərk edir.
Yaşasın azərbaycan!! Yaşasın Azərbaycan Prezidenti!!
Aynur – UGİM-nin baş təlimatçısı