Bu gün imtahan var

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 9-cu və 11-ci siniflər üçün buraxılış (qəbul) imtahanları keçirəcək.

“Rubin.az” xəbər verir ki, imtahanlarda 25 min 597 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahan keçiriləcək yer, imtahanın başlanma saatı imtahan iştirakçısının buraxılış vərəqəsində qeyd edilib.

Xatırladaq ki, Nazirlər Kabinetinin 04 iyun 191 nömrəli qərarına uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 6 və 7 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar müvafiq olaraq 10 və 11 iyun tarixlərində keçirilib.