“Bir sevgi deyirəm ki,sizə… “-Elşən Ramizoğlu

Bir sevgi olar.bu sevgini danışa bilməzsən,hər zaman ürəyində qalar.Sevərsən,sevilərsən,dastan olacaq sevgi olar.Ancaq heç kimə deyə bilməzsən.O sevgi ki,sənə hər cürə dəlilik etdirər.Ama bir o qədər gizli qalar.O sevgi ki,hər zaman qəlbində qalar,səninlə qəbrə gedər. Bu sevgi ki,hər zaman günahdır.Hər sevdikcə günaha batarsan.Hər günah sanki daha da insanı sevdirir Sevməsi bir günahdır,sevməməsi başqa günahdır.
Bir sevgi deyirəm sizə.Hər zaman filmərdə, seriallarda maraqlı bir sevgi olar.Xəyalında o sevgini yaşamaq
istəyirsən.Ağlına gəlməz ki,sən ondan betər bir sevgi yaşayarsan.Ancaq ürəyində qalar,maksimum sətiraltı qələminə danışıarsan o sevgini.
Bir sevgi deyirəm ki,sizə o filmlərdən betərdi.Sevgi olur,seyr edirik,sonu göz yaşları ilə bitir.Bu sevgi ondan betər olar.Yazılışı belə göz yaşları ilə olar.Sevgi olar ki,fikirləşib yazarsan,bu sevgini arada gözünün yaşını silib yazarsan.
Bir sevgi olar,bitməməsi üçün əlindən gələni edərsən.Zaman gələr yetər ki, ayriliq olsun.Amma o olsun deyərsən.Dünən nə istəyirdin,bu gün nə istəyirsən.Dünən nə fikirləşirdin,bu gün nə fikirləşirsən. Bu sevgi də belədir.Deyə bilmirsən.Bu yazını da ondan başqa kimsə anlamaz.Cümlələri qəlizləşdirib,normalar pozulsa da bu cür yazmağa məcbursan,ya da məhkumsan.Axı bu gizli sevgidir.
Çox maraqlı sevgidir eləmi?Heç nə anlamaq olmur.Elədir.Sevəndə,bu cür vəziyyətə düşəndə biz də
anlamadıq.Necə oldu,niyə oldu,nə zaman oldu..
İçərisinə daxil olsan yüzlərlə poema yazarsan.Məşhur sevgiləri oxuyanda sonu yaxşı bitmir.Başa düşmək
olmur ki,sonu bu cür bitdiyi üçünmü bu sevgi belə dağları,daşları silkələyir.
Həyat bəzən bizim səhvlərimizi sevdirir.Bu səhv elə səhvdir ki,bütün hər kəsə doöru olduğunu isbat eləməyə çalışarsan,ancaq heç kim də doğru olduğunu anlamaz.Bu SEVGİ Kİ,NƏ QAÇIŞI VAR,NƏ SONu var.
Bir ölümsüz filmin ssenarisi səndə olar,bir də onda olar.Bu sevginin tamaşaçıları olmaz.Heç kim olmaz,sən və o olar.Bu sevgi sənə uşaqlıq edər.Böyüdüyün bir vaxtda uşaqlaşarsan.Bu sevgi ki,həyatında bir dəfə olacaq.Bu sevginin belə sonu olmaz.Dadı ağzında ,ömür boyu həsrətində qalır.
“Hansı sevgi?”-,deyə soruşma,elə bu sevgi.Adı olmur bu sevginin.İşıqda yaza bilməzsən,gözyşalarını kimsə görər.Siqaretsiz yaza bilməzsən,dərdlərini içinə çəkməlisən.
Söz bitmir,qələm yazır.Yazdıqca ardı gəlir.Zalım balası elə bil bulaqdan su gəlir,Bu nə sudur bilmirsən.Göz yaşını sildikcə gözlərin də qızarır,əlini gözlərinə belə vura bilməzsən.Bu sevgi de belədir,gözyaşlarını belə
çox görür.Onsuz bu həyat bizə nəyi çox görmədi ki?
Bu sevgi günahdır deyirlər.Razıyam.Bu günaha bu cəza çox ağırdır.Ay insanfsızlar,bu nə cəzadır axı?O zaman bu sevginin adı nə olsun?

Elşən Ramizoğlu