Şərt İngilis Rus dillərində danışmaq deyil, əsas olan xalqın dilində danışıb xalqın dilindən anlamaqdır. Son günlər möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının apardığı uğurlu kadır islahatı çərçivəsində növbəti etimad göstərdiyi kadr Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov haqında bəzi üzdəniraqların səsləndirdiyi fikirlər qəbulolunmazdır.
Əvvala Cənab Prezidentimizn bu addımı Yeni Azərbaycan Partiyası gənclərinin, könüllülərinin işinə verilən ən böyük qiymət, onların gələcək kariyeraları üçün böyük motivasiya olaraq hər bir YAP-çı gənclər tərəfindən rəğbətlə qarşılanmışdır. Seymur Orucov dövlətə dövlətçiliyə sədaqətli, həyatının gənclik dövrünü bütövlükdə dövlətinə xidmətə həsr etmiş ləyaqətli təssübkeş bir Azərbaycan gəncdir. Əslində gəncliyi müxalif meyilli, antimilli qüvələrlə savaşda keçirən bir gənc rəhbər haqqında bu gün deyilən sözlər başa düşüləndir. Təbii ki, bu dövlətdə yaşayıb bu dölətdən qidalanan ancaq içimizdəki gizli düşmən cildinə girmiş hər bir nankor istəməz ki, dövlətimizin dövlətçiliyimizin keşiyində dura biləcək vətənpər gənclər yetişsin və gənc lider rəhbərlər formalaşsın. Bu proses onların arzularına kölgə salır axı. Bu dövlətdə vəzifə tutumaq şərt deyil şərt tutduğun vəzifənin səlahiyyəti çərçivəsində vətənə xalqa ləyaqətlə xidmət etməkdir. Bunu isə təssüfki çoxları dərk etmir. Nəticədə də necə deyərlə “su səhəngi su yolunda sınır”. Təəssüfləndirici məqamlardan biri də odur ki, ölkəmizdə yüksək adla təltif olunmuş bir zamanlar xalqın sevimlisi olan Xalq artisti Afaq Bəşirqızı seymur Orucovu tarixi keçmiz haqqında danışmaqda günahlandrır və xoşagəlməz ifadələr səsləndirir. Birincisi Afaq xanım “Uşaq” dediyiniz şəxs ölkə Prezidentinin qarşısına çıxarılmır. Bu şəxsin uşaq və ya yetişkin bir gənc olduğunu sizdən də gözəl dərk edib qiymət verən qüdrətli Rəhbərimiz var. Allah qorusun. İkincisi sizin sözünüzdən belə çıxır ki, heç kəs yaşadığı tarixdən dövürdən əvvəli haqda heçnə danışmamalıdır. Əslində mən sizi qınamıram sizlər belə yaşamasınız ancaq əl çalmısınız, özünüzdən əvvəl baş verənlər haqqında danışsaydınız başımıza 31 mart soyqırımı, 1948-50 ci illər, 1988-89 cu illər hadisələri, 20 yanvar faciəsi, xocalı soyqırımı kimi fəlakətlər gəlməzdi. Müxalif mövqe tutmaqdansa yaxşı olardıkı bu dövlətin, cənab Prezidentimizin yürütdüyü uğurlu gənclər siyasətini dəstəkləyəsiniz. Güc birlikdədir şər böhtan qarayaxma ilə heç bir nəticəyə vasil olmaq olmaz. İngilis və ya rus dilində danışmaq təbii ki üstünlükdür ancaq bir rayonu idarə etmək üçün xarici dildə mükəmməl danışmaq vacib deyil. Vacib olan ərazidə yaşıyan əhalinin qayğısına qalmaq, düzgün analiz etmək, nəticə çıxarmaq, rəhbərlik etdiyi rayonu inkişaf etdirib ölkə rəhbərinin etimadını doğrultmaqdır. Məni inanıram ki, cənab Prezidentimizin uğurlu kadır islahatı çox müsbət nəticələr verərək özünü doğruldacaqdır. Seymur Orucov kimi yeni təyin olunmuş gənc rəhbərlər ölkəmizin uğurlu inkişafına töhvə verəcəklər.