Göyçay bazarında qiymətlər nə yerdədir ?

Göyçayda “Çınqıllı bazar” kimi tanınan meyvə-tərəvəz bazarı vətəndaşlara xidmət etməkdə davam edir. Bildiyimiz kimi, Azərbaycanda meyvə-tərəvəzin idxalı artırılıb. Bu da kənd təsərrüfatına eləcə də, kənd təsərrüfatı mallarının satışı və alışına müsbət təsir edir. Göyçay şəhərində yeni açılmış meyvə-tərəvəz satışı bazarı ucuz qiymət, yüksək keyfiyyət ilə fəaliyyət göstərir. Bazar müasir standartlara uyğundur. Bazarın rəhbəri Arif Əliyevin sözlərinə görə, mövsümə uyğun olaraq burada meyvələrin və tərəvəzlərin satışı həyata keçirilir. Sahibkar sözlərində bunu da əlavə edib ki, bazarda satılan mallar topdan və pərakəndə qiymətədir. Xatırladaq ki, buradan alış-veriş edən sakinlər bazarın göstərdiyi xidmətindən razı olduqarını və qiymətlərin sərfəli olmasını bildiriblər. Ünvan: Göyçay şəhəri, Mikayıl Müşviq küçəsi.